Xəzər Xəbər

Almaniyanın beynəlxalq axtarışa verdiyi Türkiyə vətəndaşı Azərbaycanda həbs edilib

Hadisə | 12:57 • 26 Dekabr 2017
Almaniyanın beynəlxalq axtarışa verdiyi Türkiyə vətəndaşı Azərbaycanda həbs edilib

Almaniyanın beynəlxalq axtarışa verdiyi Türkiyə vətəndaşı Turqut Kamal Abdulsəlam Azərbaycanda həbs edilib.

 

APA-nın xəbərinə görə, o, Almaniyada narkotik vasitələrin dövriyyəsində təqsirləndirilir.

 

T. Abdulsəlamın Almaniyaya ekstradisiyası ilə əlaqədar iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

O, Biləsuvar sərhəddində saxlanılıb.

Xəbər lenti