Xəzər Xəbər

Bakıda firmaya basqın edib möhür və sənədləri apardılar

Hadisə | 14:55 • 24 Dekabr 2017
Bakıda firmaya basqın edib möhür və sənədləri apardılar

Bakı sakini ona məxsus olan firmadan oğurluq edilməsi ilə bağlı polisə müraciət edib. Lent.az xəbər verir ki, Xətai rayonu R.Məmmədov küçəsində yerləşən "Sahil” MMC-nin rəhbəri 1971-ci il təvəllüdlü Əsgərov Hüseyn Kamil oğlu polisə müraciət edərək bildirib ki, firmanın möhür və sənədləri oğurlanıb. O bildirib ki, gecə saatlarında yaşadığı binanın qarşısında yerləşən fima ofisinə 3 nəfər basqın edib. Onlar ofisin qapısını sındıraraq içəri keçiblər və oradan 2 möhürü, eləcə də sənədləri götürərək çıxıblar. Şikayətçi oğurluq edən şəxslərdən birinin adının Sahil olduğunu əlavə edib.

Araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar