Xəzər Xəbər

Gəlin toydan az sonra öldü

Hadisə | 14:33 • 14 Dekabr 2017
Gəlin toydan az sonra öldü

26 yaşlı Camika MakKarti-Harford toyundan 3 saat sonra meningitlə bağlı olan bakterial infeksiyadan ölüb.

Toy Yeni Zelandiyanın paytaxtı Oklenddə olmuşdu.

Camika sevgilisi Alister Conla ailə qurmuşdu.

Gənc gəlinin ölümü ilə bağlı araşdırmalara başlanıb. Yeni Zelandiyanın Səhiyyə Nazirliyinin mütəxəssisləri infeksiyanın ailənin digər üzvlərinə keçməsinin qarşısını almağa çalışırlar.

Camikanın anası isə Facebook-da yazıb: "Gözəl qızımız, şahzadəmiz Camikanın ölümü çox qəfil, şok oldu. Toydan cəmi iki saat sonra o, vəfat etdi, Alister də dul qaldı. Hamınızdan təvəqqem var: səhhətinizə diqqətlə yanaşın, meningitin simptomlarını əvvəlcədən aşkarlamağa çalışın".

Xəbər lenti

Çox oxunanlar