Xəzər Xəbər

Şəkidə dəhşətli qəza: 4 ölü, 4 yaralı var

Hadisə | 09:09 • 10 Dekabr 2017
Şəkidə dəhşətli qəza: 4 ölü, 4 yaralı var

Şəkidə baş verən ağır yol qəzasında yaralananlardan biri Rusiya vətəndaşıdır.


Şəki MRX-dan APA-ya bildirilib ki, qəza nəticəsində ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 1963-cü ildə Yevlax rayonunda doğulan İsa Hilal oğlu Abbasov Rusiya Federasiyasının Primorski diyarında qeydiyyatdadır və o, Rusiya vətəndaşıdır.


**** 20.41

Şəkidə 4 nəfərin ölümü, 4-nün yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.


APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün axşam saat 19 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun 18-ci kilometrliyində, Şəki rayonu ərazisindən keçən hissəsində baş verib. Hələki sürücülərinin şəxsiyyəti dəqiqləşməyən "Mersedes” və "Passat” markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Ölənlərdən ikisi hadisə yerində, ikisi isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında (ŞMX) keçinib.

Yaralılardan 3 nəfəri Mingəçevir ŞMX-a, bir nəfər isə Şəki MRX-a aparılıb.

Şəki MRX-dan APA-ya bildirilib ki, yaralının müayinəsi aparılır, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

Xəbər lenti