Xəzər Xəbər

Özünü polis kimi təqdim edən şəxs qızı maşına mindirdi və ...

Hadisə | 18:05 • 9 Dekabr 2017
Özünü polis kimi təqdim edən şəxs qızı maşına mindirdi və ...

Özünü polis kimi təqdim edən şəxs gənc qızı qaçırmaq istəyib.

Hadisə Türkiyənin Trabzon şəhərində yaşanıb.

Hələ ki, adı məlum olmayan gənc şəhərdə sevgilisi ilə gəzərkən onlara bir nəfər yaxınlaşıb. Özünü polis kimi təqdim edən şəxs oların şəxsiyyət vəsiqələrinə baxandan sonra polis bölməsinə getmək üçün maşına mindirib.

Bir müddət gedəndən sonra həmin şəxs oğlana maşından düşməli olduğunu, yalnız qızı bölməyə aparacağını deyib. Onun bu davranışından şübhələnən gənc maşını izləyib.

Özünü polis kimi təqdim edən şəxs izləndiyini görəndə qadını da maşından endirib. Polis vətəndaşların müraciəti ilə bağlı araşdırma aparır./publika.az

Xəbər lenti