Xəzər Xəbər

Ötən gün yol qəzasında 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb

Hadisə | 14:32 • 27 Noyabr 2017
Ötən gün yol qəzasında 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 59 cinayət faktından 9-nun üstü "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş 6 yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, səkkiz nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli dörd fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb.

Xəbər lenti