Xəzər Xəbər

3 yaşlı uşaq anasının belindəki bələkdə donaraq öldü

Hadisə | 13:34 • 27 Noyabr 2017
3 yaşlı uşaq anasının belindəki

Türkiyənin Iğdır vilayətində qaçaq yolla ölkəyə daxil olan qrupdakı 3 yaşlı uşaq soyuqdan donaraq ölüb.

Bələdçilər İran vasitəsilə Türkiyəyə keçən qrupu dondurucu soyuqda çaydan keçməyə məcbur ediblər. Daha sonra onları boş bir ərazidə tərk edərək gediblər.

Hadisədən xəbər alan polislər dərhal bölgəyə gedib və 3 yaşlı Məhəmmədin anasını belində donaraq öldüyünü görüblər.

Donma təhlükəsi olan bəzi qaçqınlar isə xəstəxanaya yerləşdirilib./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti