Xəzər Xəbər

“Mercedes” “KamAZ”la toqquşdu: bir ailənin 2 üzvü oldü

Hadisə | 14:31 • 21 Noyabr 2017
“Mercedes” “KamAZ”la toqquşdu:

Sabirabadda "Mercedes”lə "KamAZ” toqquşması nəticəsində xəsarət alan şəxslərdən daha biri ölüb.

Hadisədə xəsarət alan sürücü, 1967-ci il təvəllüdlü Əsədov Şamil Cavad oğlu Sabirabad Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsində keçinib.

Qeyd edək ki, hadisə nəticəsində ölən və xəsarət alanlar bir ailənin üzvləridir.

Hadisə nəticəsində Beyləqan rayon sakini, 1995-ci il təvəllüdlü Cavadzadə Fidan Şamil qızı ölüb, onun bacısı, 1992-ci il təvəllüdlü Sahilə Cavadzadə, 1967-ci il təvəllüdlü Əsədov Şamil Cavad oğlu və 1967-ci il təvəllüdlü Xanzanova Həqiqət Paşa qızı ağır xəsarətlər almışdı. (APA)

Xəbər lenti