Xəzər Xəbər

Oğulun atasını güllələməsi xəbəri yalan çıxdı: “Səhərə qədər çayda qalıb”

Hadisə | 13:11 • 21 Noyabr 2017
Oğulun atasını güllələməsi xəbəri yalan çıxdı:

Quba rayon Mərkəzi Xəstəxanası atanın oğlu tərəfindən güllələnməsi hadisəsinə münasibət bildirib.

Xəstəxanadan verilən məlumata görə, müəssisəyə Məhəmməd Əhmədov adında xəstə daxil olmayıb:

"Bizə ov tüfəngi ilə dizindən vurulan Xəyal Əhmədov adında xəstə gətirilib. Onun vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanaların birinə aparılıb”.

Rayonun Qonaqkənd kənd sakinlərin sözlərinə görə, Xəyal Əhmədov atdan yıxılıb:

"Xəyal gecə saatlarına mal-qara arxasınca gedirmiş. Çaydan keçərkən atın ayağı sürüşüb, Xəyal yıxılıb, çaydakı daşlardan birinə dəyib. Bu zaman üstündəki ov tüfəngindən atəş açılıb, diz qapağını yaralayıb. O, səhərədək çayda qalıb. Qardaşı Xəyalı çaydan tapanda vəziyyəti ağır olub. Hazırda Bakıda xəstəxanadadır. Əməliyyat olunacaq”.

Qeyd edək ki, mətbuatda Quba rayonunda oğulun atasını güllələməsi barədə xəbər yayılıb. Mətbuatda yayılan xəbərə görə, hadisə, rayonun Qonaqkənd qəsəbəsində qeydə alınıb. Məlumata görə, 1994-cü il təvəllüdlü Xəyal Əhmədov, atası, 1965-ci il təvəllüdlü Məhəmməd Əhmədovu ov tüfəngi ilə güllələyib. Yaralı ağır vəziyyətdə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

AzNews.az

Xəbər lenti

Çox oxunanlar