Xəzər Xəbər

Ələtdə ağır qəza Bir ailənin 4 üzvü yaralanıb

Hadisə | 16:05 • 19 Noyabr 2017
Ələtdə ağır qəza

Bu gün Bakı-Qazax magistralının Ələt qəsəbəsindən keçən hissəsində "Opel” markalı avtomobil mişar daşı yüklənmiş yük avtomobilə arxadan çırpılıb.

Qəza nəticəsində bir ailənin 4 üzvü - sürücü, 1991-ci il təvəllüdlü Vüqar Məmmədov, sərnişinlər –1993-cü il təvəllüdlü Fuad Məmmədov, 1991-ci il təvəllüdlü Lamiyə Məmmədova və 1993-cü il təvəllüdlü Vəfa Məmmədova xəsarət alıb.

V. Məmmədov, V. Məmmədova və L. Məmmədova Şirvan şəhər Xəstəxanasına yerləşdirilib. L. Məmmədovanın vəziyyətinin ağır olduğu bildirilir. V. Məmmədov isə Bakıdakı xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır. (APA)

Xəbər lenti