Xəzər Xəbər

Bakıda liftin şaxtasına düşən fəhlə öldü

Hadisə | 12:01 • 16 Noyabr 2017
Bakıda liftin şaxtasına düşən fəhlə öldü

Bakıda fəhlə faciəli şəkildə həyatını itirib.


Yasamal rayonu H. Zərdabi küçəsində tikilməkdə olan çoxrmərtəbəli binada fəhlə işləyən 1966-cı il təvəllüdlü Əlövsət Xəlilov liftin şaxtasına düşüb.


Ə. Xəlilov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.


Faktla bağlı Cinayət Məcəlləsinin 222.3-cü (tikintidə təhlükəsizlik qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. (APA)

Xəbər lenti