Xəzər Xəbər

Bakının mərkəzində qorxunc qəza: Sürücü məktəbli qızı maşınla əzib qaçdı

Hadisə | 16:51 • 15 Noyabr 2017
Bakının mərkəzində qorxunc qəza:

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının yaxınlığında məktəblinin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Hadisə günorta saatlarında yaşanıb. Yüksək sürətlə hərəkətdə olan avtomobil yolu keçmək istəyən məktəblini vurub. Hadisə nəticəsində azyaşlı qız xəsarətlər alıb.

Hadisə yerinə təəcili tibbi yardım maşını cəlb edilsə də, yaralıya vətəndaşlar tərəfindən ilkin tibbi yardım göstərilib. Daha sonra o xəstəxanaya qaldırılıb.

Məlumata görə, hadisə dərs çıxışı zamanı baş verib. Yolu keçmək istəyən məktəbli qız yüksək sürətlə hərəkət edən avtomobilin altında qalıb. Sürücü hadisəni törətdikdən sonra qaçıb. /azxəbər

Xəbər lenti

Çox oxunanlar