Xəzər Xəbər

Çində dəhşətli qəza: 18 nəfər həlak olub, 21 nəfər yaralanıb

Hadisə | 14:26 • 15 Noyabr 2017
Çində dəhşətli qəza:

Çinin Anhuy vilayətindəki sürət trasında 30-dan çox avtomobilin toqquşması nəticəsində 18 nəfər həlak olub, 21 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.


ÇXR Mərkəzi televiziyasının yaydığı məlumata görə, yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onlardan 11-nin vəziyyəti ağırdır.


Xatırladaq ki, dörd avtomobilin yandığı zəncirvari yol-nəqliyyat hadisəsi noyabrın 15-də yerli vaxtla səhər saatlarında Fuyan və Hefey şəhərlərini birləşdirən avtomobil trasında baş verib.


Hazırda hadisə yerində fəaliyyət göstərən yanğınsöndürənlər, xilasedicilər və hüquq mühafizə orqanlarının əməkdaşları qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində işləri davam etdirirlər. Saat 11:00-dək 17 nəfərin xilas edildiyi bildirilir.


İlkin versiyaya görə, qəzaya qatı duman səbəb olub. Hadisədən sonra yolda 3-4 kilometrlik tıxac yaranıb. (AZƏRTAC)

Xəbər lenti