Xəzər Xəbər

Qaçan avtoritetlərlə bağlı postlar quruldu Əməliyyat-axtarış tədbirləri gücləndirildi

Hadisə | 16:14 • 24 Oktyabr 2017
Qaçan avtoritetlərlə bağlı postlar quruldu

Dünən Lənkərandan Bakıya gələn qatardakı xüsusi təyinatlı vaqondan qaçan 2 məhbusun tutulması istiqamətində işlər davam etdirilir.


XəzərXəbər lent.az-a istinadən xəbər verir ki, polis orqanları kriminal aləmə yaxın olan Şirvan sakini Əli Ağami ilə Hacıqabul rayon sakini,"Qoca" ləqəbli Etibar Məmmədovun yaxalanması üçün səfərbər olub. Dünən hər iki şəhərdə polis postları qurulub.


Əməliyyat-axtarış tədbirləri gücləndirilmiş rejimdə həyata keçirilir.


Hacıqabul rayon Polis Şöbəsindən bildirilib ki, lazım olan bütün tədbirlər həyata keçirilir.


Qeyd edək ki, hər iki şəxsin yaxınları qeyd edilən şəhərlərdə yaşayır.

Xəbər lenti