Xəzər Xəbər

Bakıda qaçırılan avtomobil kameraya düşdü

Hadisə | 13:57 • 19 Oktyabr 2017
Bakıda qaçırılan avtomobil kameraya düşdü

Bakıda avtomobil qaçırmış şəxs tutulub. 


Xezerxeber.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 18-də saat 2 radələrində Xətai rayonunun Nobel prospektindən Bakı şəhər sakini Mirsadiq Vahabova məxsus "VAZ-2104” markalı avtomobil qaçırılıb.

DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən qeyd edilən nəqliyyat vasitəsinin həmin gün saat 6 radələrində Nərimanov rayonu S.Vurğun küçəsində hərəkətdə olması aşkar edilib.

Polis əməkdaşları tərəfindən görülən tədbirlərlə avtomobil saxlanılıb və onu idarə edən paytaxt sakini, əvvəllər məhkum olunmuş Əşrəfəli Mürşüdovla birgə Xətai RPİ-yə təhvil verilib.

Xəbər lenti

Çox oxunanlar