Fövqəladə Hallar
Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan
Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə
(ANAMA) Sumqayıt şəhəri, Z. Tağıyev qəsəbəsi ərazisində 3 ədəd mərminin
olması barədə məlumat daxil olub.
ANAMA-dan
XəzərXəbər-ə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
ANAMA-nın
mütəxəssisləri tərəfindən həmin ərazidə, "Azərsun" Yağ zavodunun
yaxınlığında "Azərsu" ASC tərəfindən qazıntı aparılan əraziyə baxış
keçirilib, 49 ədəd müxtəlif modelli partlamamış hərbi sursat (8 ədəd 125
mm-lik top mərmisi, 17 ədəd 122 mm-lik top mərmisi, 4 ədəd 100 mm-lik
top mərmisi, 2 ədəd 85 mm-lik top mərmisi, 2 ədəd 115 mm-lik top
mərmisi, 4 ədəd 76 mm-lik top mərmisi, 3 ədəd 82 mm-lik minaatan
mərmisi, 7 ədəd raket, 1 ədəd partladıcı başlıq və 1 ədəd silah
qumbarası) aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək
Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş
mərmilərin ətrafında 2 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan
əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.