Xəzər Xəbər

29 yaşlı atadan vəhşilik: 1 yaşlı oğlunun əlində siqaret söndürdü

Hadisə | 17:25 • 6 Oktyabr 2017
29 yaşlı atadan vəhşilik:

Adanada narkotik maddə asılısı olan 29 yaşlı Bilal G.1 yaşlı oğlu H.G.-nin əlində siqaret söndürüb, onu döydüyü, arvadı Ö.G.-ya isə təcavüz etdiyi iddiası ilə saxlanılıb.

Bilal G. 6 il öncə Ö.G. ilə evlənib yaşları 1-5 arasında dəyişən 4 uşaq sahibi olub. İddiaya görə,narkoman olan Bilal G.tez-tez həyat yoldaşı vəuşaqlarına işgəncə verib. Oğlu H.G.-ni döyüb, vücudunda siqaret söndürdüyü deyilən Bilal G.-nin hərəkətlərindən cana yığılan ana Ö.G.polisə şikayət edib.

ZORLA İNTİM ƏLAQƏDƏ OLUR

Polis bölməsində ifadə verən Ö.G.:"6 illik ərim uşaqlarımın yanında narkotik maddələr qəbul edir, uşaqlarımı və məni döyür. Oğlum H.G.-nin əlindəsiqaret söndürdü. Yanıq və zərbə izləri uşağımın bədənində açıq-aydın görünür. Uşağımı başqasına vermək istəyir. Mən etiraz edəndə dəoğluma işgəncəverir. Bundan başqa mənlə zorla intim əlaqədə olur, istəməsəm belə bunu edir", - deyib.

Polislər Ö.G. və4 uşağını tibbi müayinədən keçirərək sığınacağa yerləşdiriblər. Saxlanılaraq bölməyə gətirilən Bilal G.-nin isə barəsindəki iddiaları rədd etdiyi məlum olub. /Milli.Az



Rubrikanın digər xəbərləri

Xəbər lenti