Xəzər Xəbər

Bakının mərkəzində zəncirvari qəza: böyük tıxac yaranıb

Hadisə | 16:03 • 2 Oktyabr 2017
Bakının mərkəzində zəncirvari qəza:

Bakının Nərimanov rayonunda zəncirvarı qəza baş verib.

Hadisə 15:00 radələrində rayonun Koroğlu Rəhimov küçəsində baş verib.

Belə ki, qəzada "VAZ-2104", "VAZ-2107", "Volkswagen Touareg" və "Honda Accord" markalı minik avtomobilləri toqquşub. Ərazidə böyük tıxac yaranıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılır./oxu.az

Xəbər lenti