Xəzər Xəbər

Yasamalda yataqxanada yanğın: 10 nəfər təxliyə olundu

Hadisə | 10:48 • 22 Sentyabr 2017
Yasamalda yataqxanada yanğın:

Yasamal rayonunda yataqxana binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, ilkin məlumata əsasən, binanın üçüncü mərtəbəsində mənzildə 12 kv.m sahədə ev əşyaları yanıb.

Yanğın zamanı binadan 10 nəfər təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti