İngiltərədə ərlə arvad əl-ələ intihar edib.
Evlərindən 63 yaşlı Meri Lauson və 50 yaşlı əri Seanın cəsədi tapılıb.
Hakim Leaminqtondakı "Warwickshire Justice Centre"-da keçirilən məhkəmədə açıqlayıb ki, Sean intihar etməzdən öncə polislərə əvvəlcədən vaxtı qurulmuş və "üzr istəyirəm" başlıqlı email göndərib.
Emailin mətnində isə qeyd olunub: "Siz bu emaili oxuyursunuzsa, deməli, biz artıq dünyadan köçmüşük".
Polis emailin göndərildiyi ünvana çatanda cütlüyün yataqda olan cəsədlərini tapıb. Onların cəsədlərinin əl-ələ olması polisləri kövrəldib.
Qeyd edək ki, Meri bir il öncə iflic olmuşdu və hərəkət edə bilmirdi./Milli.Az