Xəzər Xəbər

Gömrükçülər ölkəyə narkotik vasitənin keçirilməsi cəhdinin qarşısını alıblar

Hadisə | 10:37 • 16 Sentyabr 2017
Gömrükçülər ölkəyə narkotik vasitənin keçirilməsi cəhdinin qarşısını alıblar

Gömrükçülər ölkəyə narkotik vasitənin keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb. Zərurət yarandığı üçün vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib və nəticədə onun düz bağırsağında 4 ədəd bükümdə ümumi xalis çəkisi 2,67 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar