Xəzər Xəbər

Qəbələdə meşə yanğınları tam söndürüldü

Hadisə | 14:58 • 8 Sentyabr 2017
Qəbələdə meşə yanğınları tam söndürüldü

Qəbələ rayonunda meşə ərazisində baş vermiş yanğınlar tam söndürülüb.

Bu barədə Trend-ə özəl olaraq FHN-in mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov deyib.

O, yanğınsöndürmə əməliyyatlarında FHN-nin 630 nəfər şəxsi heyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 250 nəfər canlı qüvvəsinin, 30 polis əməkdaşının və 2 təcili tibbi yardım briqadasının iştirak etdiyini bildirib.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, həmçinin yanğnsöndürmə əməliyyatlarına və ərazilərdə fasiləsiz olaraq növbə çəkilməsinə ümumilikdə 100-ə yaxın texnikanın cəlb olunub.

Meşə yanğınları bu gün gündüz saatlarında tam söndürülüb.

Qeyd edək ki, avqustun 1-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qəbələ Meşə Yüksək dağlıq ərazisində - Abrıx kəndi ərazisindəki Bum meşəbəyliyinin 2 saylı dolayında yanğın hadisəsi baş verməsi barədə məlumat yaymışdı.

Xəbər lenti

Çox oxunanlar