Xəzər Xəbər

İsti hava 36 nəfəri xəstəxanalıq etdi AZƏRBAYCANDA

Hadisə | 11:20 • 7 Avqust 2017
İsti hava 36 nəfəri xəstəxanalıq etdi

İsti hava şəraiti olə əlaqədar ötən həftənin şənbə və bazar günlərində günvurma ilə bağlı 11 nəfər Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasına müraciət edib.

Bu barədə XəzərXəbər-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müraciət edən şəxslərdən 4-ü xəstəxanaya yerləşdirilib.

Qeyd olunub ki, 1 iyun tarixindən indiyədək 83 nəfər günvurma ilə bağlı BŞTTYS-ya müraciət edib. Onlardan 36 nəfəri xəstəxanaya yerləşdirilib.

Xəbər lenti