Xəzər Xəbər

FHN Sumqayıtdakı yanğınla bağlı məlumat yaydı

Hadisə | 11:22 • 6 Avqust 2017
FHN Sumqayıtdakı yanğınla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıtda yataqxanada baş verən yanğınla əlaqədar məlumat yayıb.

XəzərXəbər-in FHN-nin saytına istinadən verdiyi xəbərə, yanğın Sumqayıt şəhərində ümumi sahəsi 4420 m² olan beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin dəhlizində baş verib.

Nəticədə dəhlizdə taxta konstruksiyalardan quraşdırılmış rəflər, əşyalar 100 m² sahədə və 15 otağın giriş qapıları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini xilas, 20 nəfəri isə təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 21:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti