Xəzər Xəbər

Dənizdə batan 2 nəfər xilas edilib

Hadisə | 16:34 • 29 İyul 2017
Dənizdə batan 2 nəfər xilas edilib

Dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) xezerxeber.az-a verilən məlumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Sumqayıt şəhərində 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti