Xəzər Xəbər

Xaçmaz sakinini döyərək öldürən şəxs tutuldu

Hadisə | 12:29 • 19 İyul 2017
Xaçmaz sakinini döyərək öldürən şəxs tutuldu

Xaçmaz sakinini döyüb öldürən şəxs saxlanılıb.

Xezerxeber.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyun ayının 18-də Xaçmaz şəhər sakini Əlihüseyn Əzizli insult diaqnozu ilə xəstəxanaya gətirilib və orada ölüb.

Araşdırmalar zamanı cari il iyun ayının 17-də Xaçmaz şəhərindəki kafelərdən birində şəhər sakini Sərxan İsmayılovun münaqişə zəminində Ə.Əzizlinin baş nahiyəsinə şüşə qabla (butılka) xəsarət yetirməsi müəyyənləşib.

S.İsmayılov Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən tutulub.

Rubrikanın digər xəbərləri

Xəbər lenti