Xəzər Xəbər

FHN əməkdaşları bu kanalizasiya quyusunda boğuldular - FOTOLAR

Hadisə | 16:46 • 18 İyul 2017
FHN əməkdaşları bu kanalizasiya quyusunda boğuldular -

Sumqayıt şəhərində kanalizasiya quyusuna düşən şəxsi xilas etmək istəyən 6 FHN əməkdaşından 2-si dünyasını dəyişib.


Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası reanimasiya şöbəsindən unikal.org-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyi(FHN) Sumqayıt Regional Mərkəzinin həmin şəxsi xilas etmək üçün quyuya düşən 6 əməkdaşı qazdan zəhərlənib.


Nəticədə iki nəfər boğularaq dünyasını dəyişib və daha 4 əməkdaşı isə xəstəxanaya yerləşdirilib.


Hazırda xəstəxanaya yerləşdirilən FHN əməkdaşlarından ikisinin adı məlum olub. Onlardan biri Elvin Allahverdiyev və Namiq Əhmədovdur. Hazırda E.Allahverdiyevin vəziyəti ağırlaşıb.


Unikal.org hadisə yerindən fotoları təqdim edir.


Xəbər lenti

Çox oxunanlar