Dənizdə batan şəxs xilas olunub.
Xezerxeber.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olmub.
Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.
Əməliyyat saat 16:34-də başa çatıb.