Xəzər Xəbər

Çində torpaq sürüşməsi: itkin düşənlərin sayı 141 nəfər çatdı

Hadisə | 11:09 • 24 İyun 2017
Çində torpaq sürüşməsi:

Çinin Sıçuan vilayətində şiddətli yağışlardan sonra baş verən torpaq sürüşməsi nəticəsində 141 nəfər dağıntılar altında qalıb.

Hadisə səhər saat 06:00 radələrində dağlıq ərazidə yerləşən Maosian qəsəbəsinin Sinmo kəndində baş verib. Dağıntılar altında qalanlar kənddəki 46 evin sakinləridir.

Yerli hakimiyyət orqanlarının verdiyi məlumata əsasən, hadisə ilə əlaqədar qərargah yaradılıb. Hazırda hadisə yerində 500 nəfərlik canlı qüvvə və texnikanın köməyi ilə axtarış-xilasetmə işləri aparılır. Günortayadək dağıntı altında qalanlardan heç biri tapılmayıb.

Xəbər lenti