Xəzər Xəbər

Yevlaxda qumbara partladı, 1 nəfər öldü

Hadisə | 18:47 • 21 İyun 2017
Yevlaxda qumbara partladı, 1 nəfər öldü

Əlində qumbara partlayan Yevlax sakini ölüb.

Yevlax rayon Prokurorluğundan verilən məlumata görə, iyunun 21-də Yevlax rayon sakini, 1993-cü il təvəllüdlü Mustafayev Tural Süləddin oğlunun rayon ərazisində istifadəsiz tikilidə ilkin ehtimala görə əl qumbarasının partlaması nəticəsində ölməsi faktına görə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir

Xəbər lenti