Xəzər Xəbər

Bakıda güclü yanğın: 35 nəfər təxliyyə edilib

Hadisə | 09:35 • 17 May 2017
Bakıda güclü yanğın:

Bakıda yaşayış binasında baş verən yanğın zamanı 3 nəfər xilas edilib, 35 nəfər təxliyə olunub.

XəzərXəbər Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci girişində baş verib. Nəticədə girişin şaxta boyunca elektrik kabeli 54 p.m, 3-cü və 4-cü mərtəbələrin pilləkən qəfəslərində quraşdırılmış 64 ədəd elektrik sayğacı və şaxtanın plastik qapıları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər xilas edilib, 35 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti