Xəzər Xəbər

Hədələyib 720 min dollarlıq borc sənədinə imza atdırdılar - Bakıda

Hadisə | 15:16 • 20 Aprel 2017
Hədələyib 720 min dollarlıq borc sənədinə imza atdırdılar -

Bakı sakini hədə-qorxu ilə borc sənədinə imza atdığını idda edir.

"Report”un xəbərinə görə, 1989-cu il təvəllüdlü Abbas Məmmədəliyev hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki,  Nərimanov rayonunda Arif adlı şəxs ona hədə-qorxu gələrək notariat kontorunda 720 000 ABŞ dolları borcu olması barədə sənəd imzalamağı tələb edib. Nəticədə A.Məmmədəliyev sənədi imzalayıb.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

Xəbər lenti