Xəzər Xəbər

Bayram günləri yol qəzalarında 15 nəfər ölüb, 72 nəfər xəsarət alıb

Hadisə | 10:00 • 27 Mart 2017
Bayram günləri yol qəzalarında 15 nəfər ölüb, 72 nəfər xəsarət alıb

Bayram günləri Azərbaycanda qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən xezerxeber.az-a verilən məlumata görə, şənbə-bazar günləri respublikanın avtomobil yollarında 19 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 4 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Bununla da martın 19-dan 27-dək respublikanın avtomobil yollarında baş verən yol qəzalarının sayı 51-ə çatıb. Həmin qəzalarda 15 nəfər ölüb, 72 nəfər xəsarət alıb.

Xəbər lenti