Xəzər Xəbər

Bayram günləri yol qəzalarında ölənlərin sayı 11-ə çatıb

Hadisə | 10:18 • 25 Mart 2017
Bayram günləri yol qəzalarında ölənlərin sayı 11-ə çatıb

Bayram günləri Azərbaycanda qeydə alınan yol-nəqliyyat hadisələrinin sayı artmaqda davam edir.


Baş Dövlət Yol Polisi İdarəsindən xezerxeber.az-a verilən məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Bununla da martın 19-dan 25-dək respublikanın avtomobil yollarında baş verən yol qəzalarının sayı 32-yə çatıb. Həmin qəzalarda 11 nəfər ölüb, 52 nəfər xəsarət alıb.

Xəbər lenti

Çox oxunanlar