Xəzər Xəbər

Məktəb müdiri maşınında ölü tapıldı

Hadisə | 14:17 • 15 Mart 2017
Məktəb müdiri maşınında ölü tapıldı

Türkiyənin Düzce qəsəbəsində, Rza Malatyalı orta məktəbinin 37 yaşlı direktoru Sait Tekin avtomobilində silahla boynundan vurularaq öldürülmüş halda tapılıb.

Park halında olan 06 DYG 67 nömrəli avtomobildən şübhələnən sakinlər polisə xəbər veriblər.

Hadisə yerinə gələn polislər sürücü oturacağında oturan Tekinin bir güllə ilə vurularaq öldürüldüyünü təyin ediblər.

Bir müddət əvvəl həyat yoldaşından boşanan 2 uşaq atası Sait Tekinin günorta saatlarından etibarən itkin düşdüyü, ailəsinin ondan xəbər almadığı deyilir. (milli.az)

Xəbər lenti

Çox oxunanlar