Xəzər Xəbər

Ararat Mirzoyan Səudiyyə Ərəbistanına səfər edəcək

Gündəm | 17:21 • 16 Aprel 2024
Ararat Mirzoyan Səudiyyə Ərəbistanına səfər edəcək

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan 17-18 aprel tarixlərində Səudiyyə Ərəbistanı Krallığına səfər edəcək.

Bu, 2023-cü ilin noyabrında iki ölkə arasında diplomatik münasibətlər qurulduqdan sonra Ermənistan tərəfindən ilk yüksək səviyyəli səfər olacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ermənsitan XİN-in mətbuat katibi "X" hesabında bildirib. 

Onun sözlərinə görə, səfər çərçivəsində Ararat Mirzoyan Səudiyyə Ərəbistanının xarici işlər naziri Faisal bin Farhanla görüşəcək.

Mirzoyanın digər şəxslərlə də görüşləri planlaşdırılır.

Xəbər lenti