Xəzər Xəbər

Dövlət büdcəsinə dəyişikliyin səbəbləri açıqlandı

Gündəm | 11:14 • 6 İyun 2023
Dövlət büdcəsinə dəyişikliyin səbəbləri açıqlandı

“Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət ötən beş ayda makroiqtisadi sabitliyi daha da möhkəmləndirməyə imkan yaradıb”.

Xezerxeber.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrdən biridir: “Azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin sürətləndirilməsi, müdafiə və təhlükəsizlik xərclərinin artırılması məqsədilə 2023-cü il büdcəsinə dəyişiklik etmək ehtiyacı yaranıb. Bununla da Prezident İlham Əliyev müvafiq qanun layihələrini qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edib”.

Xəbər lenti