Xəzər Xəbər

Zakir Həsənov Gürcüstanın Müstəqillik Günü münasibətilə keçirilən paradda iştirak edir

Gündəm | 12:16 • 26 May 2023
Zakir Həsənov Gürcüstanın Müstəqillik Günü münasibətilə keçirilən paradda iştirak edir

Mayın 26-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri cənab Cuanşer Burçuladzenin dəvəti ilə bu ölkəyə işgüzar səfərə gedib.

Müdafiə Nazirliyindən Xezerxeber.az-a verilən məlumata görə, general-polkovnik Z. Həsənov Gürcüstanın Müstəqillik Günü münasibətilə keçirilən hərbi paradda fəxri qonaq qismində iştirak edir.
Qeyd edək ki, Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun Hərbi Orkestri Gürcüstanda Müstəqillik Günü münasibətilə keçirilən silsilə tədbirlərdə iştirak edir.

Xəbər lenti

Çox oxunanlar