Xəzər Xəbər

Bu gün Azərbaycanda Novruz bayramıdır

Gündəm | 08:50 • 20 Mart 2023
Bu gün Azərbaycanda Novruz bayramıdır

Azərbaycanda bu gün Novruz bayramı qeyd edilir.

Xezerxeber.az xəbər verir ki, Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası “Yeni gün”dür.

Bu il Azərbaycana yaz fəsli martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-də qədəm qoyacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsəcək və Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq.

Novruz bayramı ilə əlaqədar ölkədə 20, 21, 22, 23 və 24 mart iş olmayacaq.

Xəbər lenti