Milli Məclisdə “Rəqabət Məcəlləsi” Azərbaycan Respublikası Qanununun layihəsi hazırlanacaq.
Xezerxeber.az xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2023-cü ilin iş planına daxil edilib.
İş planında, həmçinin “Lombardlar haqqında” və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun layihələrinin hazırlanması nəzərdə tutulur.