Xəzər Xəbər

Putin Aİ-nin Rusiya gübrələrinə qoyduğu məhdudiyyətlə bağlı BMT-yə çağırış edib

Gündəm | 13:22 • 16 Sentyabr 2022
Putin Aİ-nin Rusiya gübrələrinə qoyduğu məhdudiyyətlə bağlı BMT-yə çağırış edib

Rusiya Prezidenti Vladimir Putin BMT katibliyini Avropa İttifaqından Rusiya gübrələrinin üçüncü ölkələrə ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmağı tələb etməyə çağırıb.

Bu barədə Rusiya prezidenti Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən sammitində çıxışında bildirib.

O, BMT katibliyini Avropa Komissiyasının qərarına təsir göstərməyə və Aİ-dən Rusiya gübrələrinin üçüncü ölkələrə ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmağı tələb etməyə çağırıb.

Putin Rusiya Federasiyasının inkişaf etməkdə olan ölkələrə pulsuz olaraq 300 min ton gübrə göndərməyə hazır olduğunu təsdiqləyib. (apa) 

Xəbər lenti