Xəzər Xəbər

Müəllimlərin DİQQƏTİNƏ: 19 sentyabr saat 11:00-dək ...

Müddətli müqavilə ilə növbəti vakansiya seçiminə start verilir
Gündəm | 12:07 • 16 Sentyabr 2022
Müəllimlərin DİQQƏTİNƏ: 19 sentyabr saat 11:00-dək ...

16 sentyabr saat 11:00-dan etibarən ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimlərinə start verilir. Vakansiya seçimi 19 sentyabr saat 11:00-dək davam edəcək. 

Müddətli müqavilə ilə işə qəbul üçün vakansiya seçimi zamanı namizədlər 4 vakant yer seçə bilərlər.

XəzərXəbər xəbər verir ki, namizədlər yuxarıda qeyd olunan tarixədək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Qeyd edək ki, vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.

Xəbər lenti