Xəzər Xəbər

Nazir müavini ermənilərin Xocalıda törətdikləri yanğından danışdı

Gündəm | 10:40 • 16 Sentyabr 2022
Nazir müavini ermənilərin Xocalıda törətdikləri yanğından danışdı

Ermənilər bu dəfə də Xocalı istiqamətində, dağlıq ərazilərimizdə yanğınlar törətməklə öz riyakarlıqlarını, təkcə insanlığa deyil, həm də təbiətə qarşı düşmən mövqedə olduqlarını bir daha göstərmiş oldular.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov XəzərXəbər-ə bildirib ki, bu cür hadisələr təbiətə qarşı cinayətdir, ekoloji terror aktıdır.

"Təəssüf ki, düşmən tərəfinin törətdiyi bu yanğınları ürəkağrısız izləmək mümkün deyil. Yanğınlar Xocalı istiqamətində olduqca zəngin bioloji müxtəlifliyi, nadir və nəsli kəsilmək təhlükəsi olan bitki və heyvan növlərinin yaşayış məskənini dağıdır, bu yerlərə xas olan palıd, vələs, fıstıq, qovaq, tozağacı kimi cinslərə aid qiymətli meşələrin məhvinə səbəb olur. Ümumiyyətlə, ermənilərin törətdiyi yanğınlar ekosistemimizə böyük zərərlər vurur ki, bu da onların insanlığa və təbiətə düşmən münasibətinin bir daha təsdiqidir", - nazir müavini əlavə edib.

Xəbər lenti