Xəzər Xəbər

Azərbaycan hərbçiləri Rusiyada keçirilən müsabiqədə yarımfinala yüksəliblər

Gündəm | 15:57 • 19 Avqust 2022
Azərbaycan hərbçiləri Rusiyada keçirilən müsabiqədə yarımfinala yüksəliblər

Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən hərbi qulluqçularımız yarımfinal mərhələsinə vəsiqə qazanıblar.

Xezerxeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, “Fərdi sürmə” mərhələsində Monqolustandan olan komanda ilə mübarizə aparan Azərbaycan tankçılarının üçüncü heyəti də müsabiqənin şərtlərinə əsasən hədəfləri sərrast atəşlə məhv edərək marşrut üzrə müəyyən edilmiş məsafəni uğurla qət ediblər.
Ümumi nəticədə Monqolustan komandasını geridə qoyan hərbi qulluqçularımız müsabiqənin yarımfinalına yüksəliblər.

Xəbər lenti

Çox oxunanlar