Xəzər Xəbər

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Gündəm | 16:33 • 19 Avqust 2022
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Avqustun 19-da AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bu barədə xezerxeber.az-a AMEA-dan məlumat verilib.

Bildirilib ki, iclasda AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov və Rəyasət Heyətinin digər üzvləri iştirak ediblər.

İclasda Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanının icrası ilə bağlı bir sıra məsələlər müzakirəyə çıxarılıb və müvafiq qərar qəbul olunub.

Gündəliyə çıxarılan növbəti məsələ AMEA-nın yataqxanası barədə olub və müvafiq qərar qəbul edilib.

Xəbər lenti