Xəzər Xəbər

DSMF sosial sığorta ödəmələri ilə bağlı vacib MƏLUMAT YAYDI

Sosial sığorta ödəmələri ilə bağlı müraciətinizin nəticəsini artıq onlayn rejimdə görə bilərsiniz
Gündəm | 18:15 • 2 İyul 2022
DSMF sosial sığorta ödəmələri ilə bağlı vacib MƏLUMAT YAYDI

Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi yeni elektron xidmət vasitəsilə bundan sonra sosial sığorta ödəmələri:

əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə,

hamiləliyə və doğuma görə,

uşağın 3 yaşı tamam olanadək ona qulluq etməyə görə,

uşağın anadan olmasına görə və

dəfn xərci kimi nəzərdə tutulan müavinət ilə bağlı müraciətə baxılmasının nəticəsini hər hansı bir quruma müraciət etmədən onlayn rejimdə öyrənmək mümkündür.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər ki, bunun üçün e-sosial.az portalında qeydiyyatdan keçmək üçün 5 üsuldan birini seçib portala, oradan isə şəxsi kabinetə daxil olmaq lazımdır. Açılan növbəti səhifədə “Sosial sığorta ödəmələri” bölümü seçilir.

Bu zaman müraciətin nəticəsi olaraq məlumatı - müraciətin qəbuledilmə tarixi, təyin olunan müavinətin növü, məbləği, ödənişə göndərilmə tarixi və s. məlumatları görmək olur.

Xəbər lenti