Xəzər Xəbər

Musiqi məktəblərində işləmək istəyənlərin NƏZƏRİNƏ - İyulun 28-i saat 17:00-dək...

Gündəm | 22:45 • 2 İyul 2022
Musiqi məktəblərində işləmək istəyənlərin NƏZƏRİNƏ - İyulun 28-i saat 17:00-dək...

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Dövlət İmtahan Mərkəzi (DİM) ilə birgə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllim vəzifəsinə işə qəbul olmaq istəyən şəxslər üçün test imtahanı keçirəcək.

DİM-dən XəzərXəbər-ə bildirilib ki, imtahan üçün qeydiyyat Mərkəzin internet saytında iyulun 28-i saat 17:00-dək davam edəcək. İşə qəbul imtahanı avqustun 7-də təşkil ediləcək. İyulun 17-də isə sınaq imtahanı keçiriləcək. Sınaq imtahanına qeydiyyat DİM-in internet saytında iyulun 7-si saat 17:00-dək aparılacaq.

Qeyd edək ki, bu gün saat 18:40-a olan məlumata görə, sınaq imtahanı vermək üçün 195 nəfər qeydiyyatdan keçib.

Namizədlər link vasitəsilə qəbul qaydaları, müsabiqə şərtləri və test mərhələsi üzrə proqramla tanış ola bilərlər.

Xəbər lenti