Xəzər Xəbər

DİQQƏT! Bakıda bu pulsuz xidmət dayandırılır - Bu gündən...

Gündəm | 11:30 • 29 İyun 2022
DİQQƏT! Bakıda bu pulsuz xidmət dayandırılır - Bu gündən...

Bakıda bir çox yerdə quraşdırılan "pulsuz Wi-Fi" xidməti dayandırılacaq.

XəzərXəbər xəbər verir ki, bu barədə açıqlamasında "Bakı Telefon Rabitəsi" MMC-nin ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Alidə Mustafayeva bildirib.

Onun sözlərinə görə, 29 iyundan etibarən bu ərazilərdə "İctimai Wi-Fi" xidməti fəaliyyət göstərməyəcək:

“Qış parkı"
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi
“Sabir bağı”
“Xaqani” bağı
“Axundov bağı”
“Zabitlər” parkı
“Hüseyn Cavid” parkı
“İzmir” parkı
“Sahil bağı”
“Səməd Vurğun” bağı
“Muğan” bağı,
“Fashion Avenue” parkı
“Dədə Qorqud” parkı
Beynəlxalq Avtovağzalın perronu.

Eyni zamanda üç ərazidə "pulsuz Wi-Fi" xidmətinin fəaliyyətinin daha da təkminləşdirilməsi nəzərdə tutulub. Bunlar Dənizkənarı Milli Park, Dövlət Bayraq Meydanı, Heydər Əliyev Məkrəzinin parkıdır.

Xəbər lenti