Xəzər Xəbər

Azərbaycan və Gürcüstanın Baş nazirləri arasında telefon danışığı olub

Gündəm | 18:26 • 28 İyun 2022
Azərbaycan və Gürcüstanın Baş nazirləri arasında telefon danışığı olub

İyunun 28-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Baş nazir Ə.Əsədov doğum günü münasibətilə İ.Qaribaşvilini təbrik edib, dost Gürcüstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətində ona uğurlar arzulayıb.

Telefon danışığı zamanı Azərbaycan-Gürcüstan münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Xəbər lenti