Xəzər Xəbər

Mövlud Çavuşoğlu: Türkiyə, Azərbaycan və Qazaxıstan üç qardaş ölkədir

Gündəm | 12:17 • 27 İyun 2022
Mövlud Çavuşoğlu: Türkiyə, Azərbaycan və Qazaxıstan üç qardaş ölkədir

"Azərbaycan və Qazaxıstanla ikitərəfli münasibətlərimizi anlatmağa gərək yoxdur. Üç qardaş ölkəyik".

XəzərXəbər “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin bu gün Bakıda keçirilən birinci üçtərəfli iclasından sonrakı brifinqdə deyib.

"Hər sahədə ikitərəfli münasibətlərimizi inkişaf etdirmək üçün səy göstəririk. Başda Türk Dövlətləri Təşkilatı olmaqla, beynəlxalq platformalarda çox sıx əməkdaşlığımız var", - XİN başçısı qeyd edib.

Xəbər lenti